XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 19:35

Saakaşvili Gürcüstanın daxili işlər nazirinin sabiq müavininə vəzifə verdi
Qiya Lordkipanidze Ukrayna DİN-in Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi təyin edilib.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, Q.Lordkipanidze Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanın daxili işlər nazirinin müavini vəzifəsini tutub.
Bu yaxınlarda Odessa vilayətinin qubernatoru vəzifəsinə gətirilən M.Saakaşvili korrupsiya ilə mübarizə məqsədi ilə hüquq-mühafizə orqanlarında kadr dəyişikliyi həyat keçirəcəyini bəyan etmişdi.