XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 23:49

Bakı qonaqlarını qarşılayır – Gecə 10 Avropa ölkəsindən nümayəndə gəlib
Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Serbiya, Bolqarıstan, Yunanıstan, Belçika, Almaniya, Lixtenşteyn, İslandiya, İsveç, Xorvatiya və Sloveniya nümayəndə heyətləri Azərbaycana gəlib.
APA-nın məlumatına görə, onları Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.
Nümayəndə heyətləri onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb.
“Bakı-2015” I Avropa Oyunları işıqlandırmağa gələn jurnalistlərin daha bir qrupu da bu gecə Azərbaycana gəlib. Onları da Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Jurnalistlər daha sonra xüsusi avtobuslarla “Media kəndi”nə yola salınıblar.
Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların 16-sı Olimpiya növləridir.