XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 04:24

Vaşinqtonda Türk Festivalı

turk_festifali.jpg

ABŞ paytaxtı Vaşinqtonun ən məşhur festivallarından birinə çevrilən Türk Festivalının artıq ildə iki dəfə keçirilməsinə qərar verilib. Bu ilin ilk tədbiri Vaşinqton yaxınlığında Virciniya ştatının Taysons ticarət mərkəzində keçirilib.

İki gün davam edən festival Vaşinqtonun ətrafında yaşayan minlərlə sakinini özünə cəlb edib. Tamaşaçılar üçün hazırlanmış konsert proqramında Türkiyə ilə yanaşı, Azərbaycan, özbəkistan və başqa türkdilli xalqların rəqsləri ifa edilib. Rəqslərin hazırlanması ilə məşğul olan Kardelen qrupunun rəhbəri Dəmət Cabbar deyir ki, rəqs qrupu könüllülərdən ibarətdir. Məşq zamanı könüllülər bildikləri rəqsləri bir-birlərinə öyrədiblər.

Musiqi və rəqslərlə yanaşı festivalın geniş proqramı çərçivəsində Türkiyə və Mərkəzi Asiyanın başqa ölkələri haqda məlumat stendləri və güşələr hazırlanıb.

Festivalın təşkilatçılarından Vaşinqtonun Amerika Türkiyə Assosiyasiyasının prezidenti Gizəm Salcigil White Amerikanın Səsinə bildirib ki, artıq iki ildir Türk festivalı Vaşinqtonla yanaşı Virciniya ştatında da keçirilir.

Türk festivalında ən böyük marağa bazar, türk qəhvəsi pavilyonu və dönər kabab səbəb olub. Vaşinqton ətrafında türk restoranları gələnlərə öz ləziz təamlarını təklif edib.

Türk festivalı Türkiyənin zəngin mədəniyyətinin Yaxın Şərq, Mərkəzi Asiya, Qafqaz və Balkanların mədəni ənənələri ilə bir bağlılığını nümayiş etdirir.

Növbəti festivalın bu il oktyabr ayının əvvəli Vaşinqtonda keçirilməsi nəzərdə tutulur.

“Amerikanın səsi”