XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

09 İyun 2015 - 04:24

Bakı-2015-də birinci olan idmançılar 100 min alacaq

Bakı şəhərində keçirilən I Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları və məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyənləşib.
Strateq.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin bu barədə verdiyi sərəncamına əsasən I Avropa Oyunlarında ən yüksək nəticələr qazanacaq idmançılar belə mükafatlandırılacaq:

– birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;

– ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;

– üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;

Milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər

– komanda idman növlərində komanda üzvlərinə (əsas heyət) və məşqçilərə (baş məşqçi və köməkçi):

– birinci yeri tutan hər bir komanda üzvünə 30 min manat, komandanın məşqçilərinin hər birinə 15 min manat;

– ikinci yeri tutan hər bir komanda üzvünə 20 min manat, komandanın məşqçilərinin hər birinə 10 min manat;

– üçüncü yeri tutan hər bir komanda üzvünə 10 min manat, komandanın məşqçilərinin hər birinə 5 min manat.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.