XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

10 May 2016 - 18:17

Azərbaycanda pilotsuz uçan aparatlardan istifadə etmək olacaq –Yeni qanun Milli Məclisdə!

PUA-pilotsuz -aparat

Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçan aparatların xüsusi icazə əsasında dövriyyədə olmasına icazə verilə bilər.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı məsələ "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda siyahıda 17 adda məhsul və avadanlığın adı var. Təklif edilən dəyişikliyə əsasən isə həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçan aparatların adı daxil edilir. Bununla da siyahıda qeyd olunan məhsul və avadanlıqların sayı 18-ə çatır.

Dəyişiklik Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib(Trend).