XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 07:54

Sabah Bakıda bu yollar bağlanacaq – Xəritə açıqlandı

Sabahdan Bakıda bağlanacaq yollar açıqlandı.

Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Bakı 2015 kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar olaraq 10-14 iyun tarixləri arasında Bilgəh qəsəbəsində bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq: “10 və 11 iyunda saat 05:00-dan 14:00-a, 13 iyun saat 08:30-dan 18:30-a, 14 iyunda saat 08:30-dan 19:00-a kimi Zağulba yolu, Bakı Dairəvi II yolu bağlanacaq”.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yollar, vaxtlar və alternativ yollar haqqında məlumatlar aşağıdakı xəritə qeyd olunub(Anspress.com).

Xatırladaq ki, I Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də olacaq.