XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 08:01

Əliməmməd Nuriyev: “Məhkumlara skaypla danışmaq icazəsi verilsin”

“Təklif edirəm ki, məhkumlara şərait yaradılsın ki, qohumları ilə skayp vasitəsilə əlaqə saxlasınlar”.

Strateq.az saytı xəbər verir ki, bu təkliflə Ədliyyə Nazirliyi yanında penitensiar xidmətə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.

O vurğulayıb ki, qohumları əyalətlərdə yaşayan məhkumlar onlarla tez-tez görüşməkdə çətinlik çəkir: “Təklif edirəm ki, məhkumlara skayp vasitəsilə əlaqə saxlamaq imkanı yaradılsın ki, əyalətdə, məsələn, Daşkəsən kimi nisbətən uzaq yerdə yaşayan məhkum ailələrinin işi asanlaşsın. Bu da məhkumun həbs şəraitindən asılı olaraq müəyyən olunsun”.

Ə.Nuriyev İctimai Komitənin saytının bərpa olunmasını da vacib saydığını deyib: “Əvvəllər bizim saytımız olub, amma indi maliyyə resursları olmadığından sayt fəaliyyət göstərmir. QHT-lərə Dövlət Dəstəyi Şurasına təklif edirəm ki, bu işdə bizə dəstək olsun”.