XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

11 May 2016 - 13:26

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

hava-gunesli

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-15 , gündüz 20-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 , gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.