“İŞİD-ə və “Cəbhət ən-Nusra” terrorçu qruplarına dənizdən və havadan vurduğumuz dəqiq, güclü zərbələr terrorla mübarizədə köklü dönüş yaradaraq, Suriyada problemin siyasi həlli üçün şərait yaratdı”.
Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin və hərbi-sənaye kompleksinin rəhbərləri ilə keçirdiyi iclas zamanı bildirib.
Putinin sözlərinə görə, böhranın həlli ilə bağlı tərəfdaşlarla, o cümlədən ABŞ-la birgə yaradılmış mexanizm Suriyada kardinal və müsbət dəyişikliyə gətirib çıxaracaq.
Rusiya prezidenti qeyd edib ki, Suriyada Hərbi-Kosmik Qüvvələr tərəfindən 10 min uçuş həyata keçirilib, terrorçulara məxsus 30 min hədəf, həmçinin 200 neft emal edən obyekt məhv edilib.
“Hava və dəniz bazalarından 115 qanadlı raket buraxılıb. Uzaq uçuşlu bombardamançı təyyarələr isə 178 döyüş uçuşu ediblər. Nəticədə Suriyada 500 yaşayış məskəni və dünyanın sivilizasiya mirvarisi olan Palmira şəhəri terrorçulardan azad edilib”, – deyə Putin vurğulayıb.