XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 08:56

Şeyx Nazarbayevin dəvəti ilə Astanaya gedir

allahsukur.jpg

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 9-da Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə səfər edəcək.

QMİ-dən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd 10-11 iyun tarixlərində Astanada keçiriləcək Dünya və ənənəvi din liderlərinin V Qurultayında iştirak etməkdir.

Qurultayın bu dəfəki mövzusu “Dini liderlərin və siyasi xadimlərin sülh və tərəqqi naminə dialoqu”dur.

Səfər Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultaylarının himayədarı – Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin dəvəti əsasında həyata keçirilir.

Əvvəlki Qurultayların da iştirakçısı olmuş QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi din liderlərinin V Qurultayında da məruzə ilə çıxış edəcəkdir. Şeyxülislam A. Paşazadənin Astanada bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.