XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2016 - 16:30

Zakir Qaralov Goranboya gedəcək –Baş prokurorun qəbul qrafiki açıqlandı

zakir-qaralov-qebul-kurdemir

Baş prokuror Zakir Qaralov cari il mayın 20-də saat 11:00-da Goranboy rayon prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Baş Prokurorluqdan Strateq.az-a verilən məlumata görə, vətəndaşların qeydiyyatı və Goranboy şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.