XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 09:47

Moskva Transxəzər layihəsinə qoşulanları hədələdi: “Rusiya ilə birgə məsuliyyətiniz var”

transxezer.jpg

“Moskva hesab edir ki, Transxəzər qaz kəmərinin tikintisi il bağlı birtərəfli fəaliyyət region ölkələri arasında inamın itirilməsinə gətirib çıxaracaq”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. (APA)

“Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı birtərəfli fəaliyyət Xəzəryanı ölkələr arasında inamsızlığa gətirib çıxaracaq. İstisna deyil ki, layihənin regiondan olmayan lobbiçiləri “strateji tərəfdaş” və qaz kəmərinin bütün siyasi dividentlərinin tərəfdarı qismində buna nail olmağa çalışırlar. ötən il Həştərxanda keçirilən Xəzər sammitində beş ölkənin liderləri Xəzərin gələcəyi ilə bağlı həmrəy məsuliyyət daşıdıqlarını təsdiqlədilər. Hesab edirik ki, bu məsələyə şübhəsiz ki, qaz kəməri mövzusu da aiddir”, – deyə Rusiya XİN rəsmisi qeyd edib.

Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. “Tengiz” (Qazaxıstan) – “Türkmənbaşı” (Türkmənistan) – Bakı (Azərbaycan) – Tiflis (Gürcüstan) – Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.