XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

11 May 2016 - 20:44

Azərbaycan Premyer Liqası:“İnter” “Xəzər Lənkəran”ı məğlub etdi

Mayın 11-də Azərbaycan Premyer Liqasında 34-cü turun daha bir oyunu keçirilib.

Mükafat uğrunda yarışan Bakının “İnter” klubu son 10 oyunda xal üzünə həsrət qalan “Xəzər Lənkəran” ilə qarşılaşıb. Bakılılar “Xəzər Lənkəran”ı 2:1 hesabı ilə məğlub ediblər. Paytaxt təmsilçisi 14-cü dəqiqədə Rauf Əliyevin və 27-ci dəqiqədə Yuri Fomenkonun qolları ilə ilk yarını 2:0 hesabı ilə üstün başa vurub. Qonaqlar yalnız qolların birinin əvəzini çixa biliblər. Vaquf Güləliyev 47-ci dəqiqədə komandasının təsəlli qoluna imza atıb.

Beləliklə, bu qalibiyyət sayəsində “İnter” xallarının sayını 56-ya çatdırıb və turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Hesabında 14 xal olan “Xəzər Lənkəran” isə doqquzuncu sırada qərarlaşıb(azərtac).