XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2016 - 08:22

ABŞ əsgərlərinin iştirakı ilə Gürcüstanda NATO-nunböyük hərbi təlimi başlanıb

 

 

gurcu telim

Gürcüstan ordusu Birləşmiş Ştatlar və Britaniya hərbi qüvvələri il birgə təlimlərə başlayıb.

Gürcüstanın NATO-y üzv olmaq istəyinin əleyhinə olan Rusiya təlimləri “təxribatçı addım” adlandırıb.

Həbri manevrlərdə Birləşmiş Ştatların 650, Britaniyanın 150 və Gürcüstanın 500 əsgəri iştirak edir. Bu, Rusiya ilə 2008-ci ildə qısa müddətli müharibə aparan Qafqaz ölkəsində ən böyük hərbi təlimlərdir. (Amerikanın səsi)

ABŞ Qara dəniz vasitəsilə “Noble Partner 2016” (“Ləyaqətli tərəfdaş-2016”) təlimlərində iştirak etmək üçün Gürcüstana ilk dəfə olaraq M1A2 Abrams tipli döyüş tankları göndərib. Paytaxt Tbilisi yaxınlığındakı Vaziani hərbi bazası ətrafında keçirilən təlimlər mayın 26-a qədər davam edəcək.

​Gürcüstanın Müdafiə Naziri Tina Xidaşeli hərbi təlimlərin ölkə üçün böyük əhəmiyyəti olduğunu deyib: “Bu, bizim ölkənin ev sahibliyi etdiyi ən irimiqyaslı hərbi təlimlərdir,”- deyə nazir Xidaşeli Reuters agentliyinə bildirib.

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili isə bildirib ki, hərbi manevrlər “heç kəsə qarşı yönəlməyib.”

Gürcüstan prezidenti Georgi Marqvelaşvili açılış mərasimində deyib ki, birgə təlimlər ölkənin NATO-ya üzv olmaq istiqamətində doğru siyasət yürütdüyünün göstəricisidir. “Gürcüstan mütləq NATO-ya üzv olacaq. Çünki bu, daha sabit, daha dinc dünya üçün lazımdır.”

Pentaqonun veb səhifəsində yerləşdirilmiş məlumatda bildirilir ki, “Noble Partner 2016” ABŞ-ın Avropadakı hərbi qüvvələrinin əsgərlər və texnikanın Avropa boyu hərəkətinin təmin edilməsi və gələcəkdə mümkün əməliyyatlar zamanı koalisiya daxilində birgə əməliyyat apara bilməsini vurğulayır.”

Rusiya Xarici İşlər nazirliyi keçən həftənin cümə günü təlimləri qınayaraq, bunu Qafqaz regionunda qeyri-sabitlik yaratmaq məqsədilə NATO tərəfindən “təxribatçı addım” adlandırıb. Təlimlərin ABŞ üzrə direktoru Polkovnik Ceffri Dikerson manevrlərin Gürcüstanın NATO-ya töhfəsi çərçivəsində aparıldığını vurğulayıb.

“Bu təlimlərin mühümlüyü Gürcüstan, ABŞ və Böyük Britaniya arasında əməliyyatların koordinasiyalaşmasına xidmət göstərməsindədir. Bu, bizə imkan verir ki, Gürcüstanın NATO cavab qüvvəsinə hazırlığını təkmilləşdirək,” –deyə o bildirib.

NATO liderləri 2008-ci lidə Buxarestdə keçirilən zirvə görüşündə Gürcüstanın bir gün hərbi alyansa qoşula biləcəyini bildirib, lakin ölkənin üzv ola bilməsi üçün rəsmi prosedur başlamayıb.