XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

12 May 2016 - 09:31

Məhəmməd Zərif Azərbaycanın yeni səfirini qəbul edib:“Əlaqələrimizdə heç bir mane yoxdur”

zerif azeri sefir

“Azərbaycan ilə İran arasındaki əlaqələrin inkişafı üçün heç bir maneə yoxdur və iki qonşu dövlətin münasibətlri daha da yaxınlaşır”.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri  mayın 11-də Azərbaycanın İrana təyin olunan yeni səfiri Bünyad Hüseynovu qəbul edən İranın xarici işlər naziri Məhəmməd Zavad Zərif bildirib.

İran xarici işlər naziri qeyd edib ki, iki ölkənin yüksək çinli rəsmiləri əlaqələrin inkişaf etdirilməsi və münasibətlərin dərinləşdirilməsi üçün lazımi iradəyə malikdirlər.

Bünyad Hüseynov etimadnaməsinin sürətini nazirə təqdim edib. Sonra missiyası müddətində iki ölkənin əlaqələrinin daha da genişləndirilməsi və möhkəmləndirilməsinə səy göstərəcəyini vurğulayıb.

Nəzərə çatdırılıb ki, rəsmi Bakı İran ilə iqtisadi, sosial, mədəni və digər sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlıdır.

İranın xarici işlər naziri, Məhəmməd Cavad Zərif qeyd edib ki, qarşılıqlı əlaqələr inkişaf istiqamətindədir və gələcəkdə münasibətlərin daha da yaxınlaşması üçün heç bir məhdudiyyət yoxdur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.