XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

12 May 2016 - 12:46

Zakir Həsənov “Lələ təpə” uğrunda döyüşəndaha bir şəhidi təltif etdi

zakir-hesenovvv

Aprelin ilk günlərində cəbhədə gedən döyüşlər zamanı şəhid olan Göygöl sakini, 19 yaşlı əsgər Sərxan Azər oğlu Bağırov müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.

Bu gün şəhidin medalı rayon ictimaiyyətinin iştirakı ilə keçirilən mərasimdə ailəsinə təqdim olunub. Şəhid Sərxan Bağırov "Lələ təpə" yüksəkliyi uğrunda gedən döyüşlərdə artilleriya batareyasının heyət nəfəri kimi xüsusi xidmətləri ilə seçilib.

Düşmənə layiqli müqavimət göstərən zaman şəhid olub.(Kəpəz TV)