XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

12 May 2016 - 13:11

“Bütün cəbhə xətti boyu nisbi sakitlikdir” –Nazirlik Tərtərdə döyüş xəbərini təkzib etdi

vaqif-d-1

Cəbhənin Tərtər istiqamətində döyüş əməliyyatlarının başladığına və Azərbaycan Ordusunun düşmən mövqelərini darmadağın etdiyinə dair sosial şəbəkələrdə məlumatlar yayılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı isə yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib:

"Hazırda Tərtər istiqamətində sakitlikdir. Ümumiyyətlə, bütün cəbhə xətti boyu nisbi sakitlikdir. Ola bilər ki, cəbhəyanı ərazilərdə haradasa Silahlı Qüvvələrin bölmələrinin atış təlimləri keçirilir deyə, bəziləri gurultu səslərindən bunu cəbhədə döyüş əməliyyatlarının başlaması kimi başa düşürlər. Amma həqiqətən də hələlik heç bir döyüş əməliyyatı keçirilmir. Silahlı Qüvvələrimiz bütün cəbhə xətti boyu vəziyyətə tam nəzarət edir".

Milli.az