XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

12 May 2016 - 20:08

Nazir yol polisi rəisini və 7 əməkdaşıişdən uzaqlaşdırdı

ramil-usubov

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakının Qaradağ Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisini və daha 7 əməkdaşı sərt şəkildə cəzalandırıb.

Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliynin Daxili Təhqiqət İdarəsinin əməkdaşları daxil olmuş çoxsaylı müraciətlər və şikayətlər əsasında Qaradağ Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırmalar aparıblar. Araşdırmalar nəticəsində Qaradağ rayon DYPŞ-də ciddi qanun pozuntularına yol verildiyi, vətəndaşlara qarşı əsassız tələblər irəli sürüldüyü və digər hüquqazidd əməllərin üstü açılıb.

Bundan sonra daxili işlər naziri Ramil Usubovun əmri ilə Qaradağ rayon DYPŞ-nin rəisi Sahib Hümbətov və onun bir müavini, həmçinin inzibati təcrübə üzrə baş inspektor tutduğu vəzifədən kənarlaşdırılmaqla yanaşı, daxili işlər orqanlarından xaric ediliblər. Bundan əlavə, həmin şöbənin daha 4 əməkdaşı da "töhmət", "şiddətli töhmət" cəzaları verilməklə işdən çıxarılıblar.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev sayta açıqlamasında Qaradağ rayon DYPŞ-dən 8 nəfərin işdən çıxarıldığını, onlardan 4 nəfərin daxili işlər orqanlarından kənarlaşdırıldığını təsdiq edib. O bildirib ki, onlardan 4 nəfər daxili işlər orqanlarında xidmətdən xaric olunub, 2 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə intizam tənbehi ilə cəzalandırılıb.