XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 15:42

Pentaqonun eks rəhbərindən ETİRAF: “Corc Buşun Səddam Hüseyni devirməsi səhv idi”

ramsfild.jpg

Pentaqonun sabiq rəhbəri Donald Ramsfeld İngiltərənin “Tayms” qəzetinə müsahibəsində 2003-cü ildə ABŞ-ın İraq prezidenti Səddam Hüseyni devirməsinin düzgün olmadığını etiraf edib.

Strateq.az bildirir ki, Ramsfeld bununla bağlı bəzi məqamları açıqlayıb.

Onun sözlərinə görə, Corc Buşun 10 il əvvəl İraqı demokratikləşdirmək cəhdi düz siyasət olmayıb.

O, Ağ Evin Səddam Hüseyni devirmək planına qarşı olduğunu deyib və Qərbin islam ekstremizminin qarşısını almaq üçün vasitələrinin olmadığını vurğulayıb.

“Bizim demokratik prinsiplərimiz heç də hər zaman digər ölkələrə uyğun gəlmir. Bunu təkcə mən demirdim. İraqda demokratiyanın bərqərar olması ideyası mənə real görünmürdü və mən belə plan barədə ilk dəfə eşidəndə, çox narahat oldum”, – deyə Ramsfeld bildirib.

Donald Ramsfeld ilk dəfədir ki, özünün keçmiş rəhbərinni apardığı siyasəti belə açıq tənqid edib.

Qeyd edək ki, 2003-cü ilin martında ABŞ-ın İraqa hərbi müdaxiləsi nəticəsində Səddam Hüseyn devrilib.

Ramsfeld Bush.jpg