XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2016 - 15:05

“Azərbaycan erməni cinayətləri ilə bağlı Avropa Məhkəməsinə materiallar göndərcək” –Rəsmi

avropa-mehkemesi

“Təmas xəttində baş verənlər beynəlxalq hüququn pozulmasıdır”.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov Milli Məclisdə keçirilən “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə deyib.

Onun sözlərinə görə, aprelin əvvəlində baş verən döyüşlər zamanı Azərbaycan xalqı vahid mövqedən çıxış edib, dövlət siyasətini dəstəkləyib: “Bu məsələrlə bağlı vətəndaşlar Avropa Məhkəməsinə müraciət edə bilmədiklərinə görə, onlar vəkillərlə təmin olunub. Müvafiq işlər görülür. Artıq, iki müraciət göndərilib. Ermənilər tərəfindən də Avropa Məhkəməsinə iki müraciət daxil olub. Ərizədə qeyd olunub ki, guya Azərbaycan hərbçiləri erməni mülki əhalisini təhqir edir. Mülki əhaliyə Azərbaycan ordsunun müdaxiləsindən söhbət gedə bilməz”.

Ç.Əsgərov qeyd edib ki, digər hallarla bağlı məlumatlar toplanılır, bunlarla bağlı da Avropa Məhkəməsinə müraciətlər ediləcək: “500-dən artıq mülki və sosail obyektə ziyan dəyməsi ilə bağlı ərizələr Avropa Məhkəməsinə göndəriləcək”.

Report