XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

13 May 2016 - 17:10

Bulvar İdarəsinin yeni loqosubelə olacaq (FOTO)

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yeni loqosu təqdim edilib.

İdarədən bildirilib ki, loqo özündə paytaxtın dənizkənarı, tarixi və gözəlliyi ilə məşhur olan Bakı buxtası və ən hündür bayraq dirəyi üzərində ucalan Azərbaycan bayrağını özündə birləşdirir.

Yüz ildən artıq yaşı olan Bakı bulvarı bu gün dünyanın ən böyük və gözəl dənizkənarı parkları sırasındadır.

Müstəqil Azərbaycan bu gün tarixi keçmişi, müasir inkişafı, qüdrəti ilə dünyada tanınır. Azərbaycan vətəndaşların qürur yerinə, milyonlarla insanların və turistlərin sevimli məkanına çevrilib. Bakı Bulvarının ən yüksək nöqtəsində – Dövlət Bayrağı Meydanında müstəqilliyin rəmzi olan üçrəngli bayrağımız dalğalanır.

Dənizkənarı Bulvar İdarəsinin loqosu özündə Azərbaycan bayrağı, Xəzər dənizi, sahilyanı bulvar və Bakı buxtasını birləşdirməklə Azərbaycanın tarixini, qədimliyini, həm də müasirliyini və bugünkü qüdrətini əks etdirir.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin yeni loqosunun təqdim olunması ilə bu günədək mövcud olan loqosu qüvvədən düşmüş hesab edilir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2016-cı il 15 yanvar tarixli Fərmanına əsasən Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, qeyd olunan idarələrin əsasında Dənizkənarı Bulvar İdarəsi yaradılıb(azərtac).