XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2016 - 17:24

Azərbaycan Premyer Liqasının növbəti mövsümüvaxtından tez yekunlaşa bilər

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2016/2017-ci il mövsümü may ayınadək başa çata bilər.

Buna səbəb Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsidir.

Mayın 12-22-də təşkil olunacaq Oyunların proqramına futbol da daxildir. Azərbaycan təşkilatçı ölkə olduğu üçün yarışa birbaşa qatılacaq. Milli komandanın daha yaxşı hazırlığı məqsədilə və stadionların həmin vaxt Təşkilat Komitəsinin ixtiyarında olacağı səbəbindən mövsümü daha erkən başa vurmaq lazım gələcək. Yekun qərar Təşkilat Komitəsinin mövqeyi öyrənildikdən sonra veriləcək.

Qeyd edək ki, bunadək Premyer Liqa mövsümü mayın sonlarında başa çatıb.