XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

13 May 2016 - 19:00

Bakıda bu küçə bu gecədənbağlı olacaq

“Formula-1” Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu il iyunun 17-dən 19-dək keçiriləcək yarışa hazırlıq işlərini davam etdirir.

BŞH-dən Azərtac-a bildiriblər ki, hazırda Bakı şəhər halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri görülür. Buna görə də mayın 13-də saat 22:00-dan mayın 14-də səhər saat 06:00-dək Əziz Əliyev küçəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşdırılması nəzərdə tutulur.