XƏBƏR LENTİ

08 Mart 2021
07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

13 May 2016 - 20:54

Nazir öz qohumu Mircəfər Bağırovdan danışdı:“Onlar özləri kommunizm ideyasına inanmırdılar”

huseyn baqirov

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov “ASAN radio”da qonaq olub və ona ünvanlanan suallara cavab verib.

“Qafqazinfo”nun məlumatına görə, nazir babasının qardaşı Mircəfər Bağırov (Azərbaycan SSR Kommunist Partiyası MK-nın I katibi) haqda da sualı cavablayıb.

Hüseyn Bağırov “Azərbaycan SSR-in tərkibində Azərbaycanın Stalini kimi xaraterizə oluna biləcək Mircəfər Bağırov, yəni babanızın qardaşı olan şəxs haqda düşüncələriniz necədir?” sualına belə cavab verib:

“Baxmayaraq ki, gənc olarkən iş axtaran zaman getdim çıxdım “Komsomol”a və bir neçə il orada çalışdım, könüllü olaraq oradan istefa verib çıxıb gedən şəxslərdən biri oldum. O ideologiyanı qətiyyən qəbul etmirəm. Onun yaxşı tərəflərindən danışanlar var, düşünürəm ki, bunlar hamısı fantaziyalardı. Çünki həmin ideologiyaya onu yayanlar özləri də inanmırdılar. Sadəcə bu, köhnə Rusiya İmperiyasını hər hansı bir formada saxlamaq üçün bir tapıntı idi. Düşünmürəm ki, “böyük qardaş” həmişə səmimi olub belə hallara qarşı münasibətdə. Buna görə də dəstəkləmirəm o dövrü. Amma eyni zamanda nəzərə alınmalıdır ki, o dövrdə yaşayanlar hamısı orada yaşayıb, nadir hallarda, az sayda insan buna qarşı çıxıb. Stalin repressiyaları deyəndə təsəvvür yarana bilənə bilər ki, bu, sosializm, kommunizm ideyası ilə razı olmayanlara qarşı aparılıb. Amma elə deyil. Diqqətlə tarixi araşdıranda görürük ki, 30-40-cı illərdə repressiyaya məruz qalanların bir çoxu elə repressiynı təmin edənlərin özləri idi. Kommunist partiyasının rəhbərləri, müvafiq təşkilatların, güc strukturlarının rəhbərləri və s. Mircəfər Bağırovu elə “stalinizm”in sonuncu qurbanı da saymaq olar. Nədənsə biz Xruşşovun özünü ağartmaq və başqalarını “stalinçi” kimi qələmə vermək cəhdlərinə uyuruq. Halbuki elə Xurşşov da Bağırov kimi Stalinin ətrafında olan adamlardan idi. Sadəcə o, bir az qabağa düşdü, özünü bu cür qələmə verdi. Öz həyata keçirdiklərini yumşaltma kimi qələmə verdi, indiyə qədər onun təsiri altındayıq.

İkinci amil ondan ibarətdir ki, M.Bağırovun masasının ətrafına toplaşan və ona çəpik çalanlar, incəsənət, ədəbiyyat xadimləri o vəzifədən azad olunandan sonra mövqelərini dəyşdilər, onun əleyhinə danışmağa başladılar. Çünki hökumət də onlardan bunu tələb edirdi. Özləri də bunun yaxşı olmadığını dərk etdikləri üçün günahlarını bütün varlıqları ilə qorumaqdadırlar”