XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 05:59

“Kürd bayrağı” ilə rinqə çıxan 4 qat dünya çempionu cəzalanacaq – Nazirlik açıqladı

Bir neçə gündür ki, sosial şəbəkələrdə əlbəyaxa döyüş üzrə 4 qat dünya çempionu Anar Süleymanovun yarışların birində arenaya kürd bayrağı ilə çıxdığı ilə bağlı fotolar yayılıb.

Strateq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “İdman Azərbaycan” telekanalından yayımlanan kadrlardan aydın görünür ki, idmançının formasının üstündə sol tərəfdə Azərbaycan bayrağı, sağ tərəfdə isə kürd bayrağı var.

Dörd qat dünya çempionumuz, həm də yerli telekanalların çəkdiyi seriallarda rol alıb. “Xəzər” televiziyasının çəkdiyi bir serialda A.Süleymanov polis kapitanı rolunu oynayıb.

Günlərdir ki, sosial şəbəkələrdə müzakirə olunan və etiraza səbəb olan hadisə ilə bağlı Anar Süleymanovunözü ilə əlaqə saxladıq.

O, açıqlamasında məsələyə belə aydınlıq gətirib: Mən hər zaman Azərbaycanı təmsil etmişəm. Amma indiyə qədər çıxdığım bütün döyüşlərdə köynəyimin sağ tərəfində kürd bayrağı olub. özüm Laçın kürdüyəm. Ona görə də millətimə hörmət olaraq belə bayraqla meydana çıxmışam. Mənim PKK-ya dəstək olduğumu yazırlar. Amma bu yalandır. Mənim onlardan xoşum gəlmir. Yarışlarda da daim üçrəngli bayrağımızı yüksəltmişəm. 4 dəfə dünya çempionuyam və qalib olduğum bütün yarışlarda Azərbaycan bayrağını dalğalandırmışam”.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə məsələnin araşdırılacağını və idmançının cəzalanacağını deyib: “Hazırda bizdə bu idmançı haqqında məlumat yoxdur. Amma məsələ yenə də Əlbəyaxa Döyüş Federasiyası tərəfindən də, bizim tərəfimizdən də araşdırılır. ümumiyyətlə, idmançılara nazirlik tərəfindən də, federasiyalar tərəfindən də milli geyimlər paylanılır. Yəni onlar yarışlara getdikdə bu forma ilə meydana çıxırılar. Bu məsələ tam araşdırılacaq, bu hal təsdqilənərsə, idmançı cəzalanacaq. çünki bu qaydalara ziddir”.