XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

14 May 2016 - 16:45

Allahşükür PaşazadəBritaniyaya gedir

allahsukur-seyx

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə mayın 15-də Böyük Britaniyaya səfərə yola düşəcək. Səfər İngiltərənin “Faith Matters” təşkilatının dəvəti ilə həyata keçirilir.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, şeyxülislam mayın 16-da Londonda keçiriləcək dini icmaların konfransında iştirak edəcək. Konfrans “Faith Matters” təşkilatı tərəfindən Azərbaycanda elan olunmuş “Multikulturalizm ili” münasibətilə və Böyük Britaniyanın dini liderlərinə, ümumilikdə Britaniya ictimaiyyətinə dinlərarası münasibətlərin, sülh içində birlikdə yaşamanın və tolerantlığın Azərbaycan modelini təqdim etmək məqsədilə təşkil olunur.

Allahşükür Paşazadə ilə yanaşı, konfransda Azərbaycanı ənənəvi dini konfessiya başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev təmsil edəcəklər.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov konfransda iştirak edəcəklər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin müxtəlif dini icmalarla, habelə tanınmış ictimai xadimlərlə görüşləri də nəzərdə tutulub.