XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 May 2016 - 18:10

U-17 Avropa çempionatı:Portuqaliya millisi yarımfinala vəsiqə qazandı

Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının ilk yarımfinalçısı müəyyənləşib.

Azərtac xəbər verir ki, mayın 14-də “Dalğa Arena”da Portuqaliya millisi Avstriya yığması ilə qarşılaşıb. Xorvatiyalı baş hakim Fran Joviçin idarə etdiyi oyunun 7-ci dəqiqəsində Portuqaliya millisi hesabı açıb. Penalti zərbəsini dəqiq yerinə yetirən Jose Qomes 18-ci və 47-ci dəqiqələrdə daha iki qol vuraraq het-trikə imza atıb.

Portuqaliyalı futbolçuların üstünlüyü şəraitində keçən görüşün 51-ci dəqiqəsində Mesaque Dju dördüncü topu Avstriya millisinin qapısından keçirib. İyirmi altı dəqiqə sonra portuqaliyalı futbolçu Miquel Luis fərqlənib.

Beləliklə, rəqibini 5:0 hesabı ilə məğlub edən Portuqaliya millisi “UEFA U-17” Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib. Portuqaliya millisi növbəti mərhələdə İsveç-Hollandiya qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.