XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

14 May 2016 - 19:44

Şəhid əsgərin medalı atasınatəqdim olundu

Milli Ordunun əsgəri Nurəddin Etimad oğlu Mirzəyevin ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailə üzvlərinə təqdim olunub.

Azərtac xəbər verir ki, bu münasibətlə Yardımlı rayonunun Honuba kəndində keçirilən mərasimdə rayon icra hakimiyyətinin, Müdafiə Nazirliyinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ağsaqqallar, gənclər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhid Nurəddin Mirzəyevin layiq görüldüyü medal atasına təqdim olunub. Şəhid əsgərin atası Etimad Mirzəyev oğlunun xatirəsinin əziz tutulduğuna, ailəsinə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Azərbaycan Ordusunun əsgəri Nurəddin Mirzəyev aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində gedən döyüşlərdə qəhrəmancasına həlak olub, doğulduğu Honuba kəndində dəfn edilib.