XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

14 May 2016 - 23:39

“Eurovision 2016”nınfinal şousu başlayıb

“Eurovision-2016” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Səmra Rəhimli dördüncü nömrə altında çıxış edib. Təmsilçimizin çıxışı böyük coşqu ilə qarşılanıb.

Səmra Rəhimlinin təqdim etdiyi mahnıda sevgi münasibətində baş verən dəyişiklik səhnə performansında təcəssüm olunur. Musiqinin sözləri nağıla xatırlatsa da, sonda dramatik ayrılıq müşahidə edilir.

***

Bakı vaxtı ilə saat 23:00-da “Qlobe” arenada 61-ci “Eurovision” mahnı müsabiqəsinin final şousu başlayıb. Final konserti Avropanın 50-ə yaxın ölkəsində canlı yayımlanır.

Əvvəlcə iştirakçı ölkənin təmsilçiləri xüsusi şou ilə səhnəyə dəvət olunublar. “Eurovision-2016” şousunun aparıcıları Petra Mede və ötən il müsabiqədə qalib olmuş isveçli Mans Zelmerlov bu mötəbər layihənin tamaşaçılarını salamlayıb və iştirakçılara uğurlar arzulayıblar.

Sonra müsabiqənin təşkilatçıları tamaşaçılara möhtəşəm şou nümayiş etdiriblər.

Açılış şousundan sonra 61-cı “Eurovision” mahnı müsabiqəsinin finalında ilk olaraq səhnəyə Belika təmsilçisi Laura çıxıb. Daha sonra Çexiya, Niderland Krallığı, Azərbaycan, Macarıstan, İtaliya, İsrail, Bolqarıstan, İsveç, Almaniya, Fransa, Polşa, Avstraliya, Kipr, Serbiya, Litva, Xorvatiya, Rusiya, İspaniya, Latviya, Ukrayna, Malta, Gürcüstan, Avstriya, Birləşmiş Krallıq, Ermənistan təmsilçiləri səhnə şoularını təqdim edəcəklər.

Səsvermə üçün ayrılmış vaxtda müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş olunacaq. Sonra səsvermənin nəticələri elan ediləcək.

“Eurovision-2015” mahnı müsabiqəsinin qalibi tamaşaçıların və peşəkar münsiflərin səsləri əsasında müəyyənləşəcək(azərtac).