XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

15 May 2016 - 11:27

1420 partlamamış hərbi sursat, 17 mina, 2 POMZ-2…- Cəbhə bölgəsində təmizləmə əməliyyatı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 14-də Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat təqdim edib.

ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, Tərtər şəhərindəki bir ev və həyətyanı sahədə bir partlayış yerinə baxış keçirilib, 508 kvadratmetr ərazi yoxlanılmış, heç bir PHS aşkar olunmayıb. Tərtərin Cəmilli kəndində üç ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 9 500 kvadratmetr ərazi yoxlanılıb. Rayonun Əskipara kəndində bir ev və həyətyanı sahədə bir partlayış yerinə baxış keçirilib, 2 500 kvadratmetr ərazi yoxlanılıb. Tərtərin Şıxarx kəndində bir ev və həyətyanı sahədə bir partlayış yerinə baxış keçirilib, 430 kvadratmetr ərazi yoxlanılmış, heç bir PHS aşkar olunmayıb.

Füzuli rayonunun Şükürbəyli kəndi iki əkin sahəsində iki partlayış yerinə baxış keçirilib, 408 kvadratmetr ərazi qəlpələrdən təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən mayın 14-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 480 ev və həyətyanı sahə, iki hərbi hissə, iki kənd qəbiristanlığı, üç kənd orta məktəbi, bir tibb məntəqəsi, 14 ferma, əkin sahələri və bir çaxır zavodu ərazisinə baxış keçirilib, 1 420 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina (PMN), iki piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.