XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 09:28

Bolqarıstan Azərbaycan qazı üçün kəmər çəkir

bol.jpg

Bolqarıstan və Yunanıstan qaz boru kəməri çəkilməsi ilə bağlı dövlətlərarası razılaşmanın imzalanmasını təxirə salblar. “ümid edirəm ki, Yunanıstana qaz boru kəməri çəkilməsi ilə bağlı investisiya razılaşmasının imzalanması iyunun sonunda baş tutacaq. Temnujka Petkova və Panayotis Lafanaznis Sank-Peterburqda Beynəlxalq İqtisadi Forumunda razılaşmanın imzalanması ilə bağlı yeni tarixi müzakirə edəcəklər”, – deyə Bolqarıstanın energetika nazirinin müavini Jeço Stankova bildirib.

Yunanıstanla Bolqarıstan arasında qaz boru kəmərinin çəkilməsinə gələn ilin mart ayından başlanılması nəzərdə tutulurdu. 2019-cu ildən isə boru kəməri istifadəyə verilməli idi. Bolqarıstan bu kəmərlə hər il Azərbaycandan 1 mlrd kub.m. qaz almağı planlaşdırır.

“Komotini-Xaskova-Stara Zaqora” boru kəmərinin uzunluğu 182 km olacaq. Onun 150 km hissəsi isə Bolqarıstan ərazisindən keçəcək. Boru kəmərin çəkilməsi üçün 210 mln avro vəsait tələb olunur.

Yeni qaz boru kəməri Azərbaycandan Avropaya “Cənubi Qaz Dəhlizi” vasitəsilə nəql edilən qazın Bolqarıstana və digər ölkələrə çatdırılmasına imkan verəcək.

Yeni qaz boru kəmərinin çəkilməsi Bolqarıstanın Rusiyanın “Cənub axını” qaz boru kəmərinin çəkilməsindən imtinasına cavab kimi düşünülüb.

Sofiya qaz boru kəmərinin çəkilməsinə maliyyə vəsaitinin Avropa İttifaqı tərəfindən ayrılmasına ümid edir.

Strateq.az