XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 10:12

Baykal niyə çağırıldı? – Ərdoğandan gözlənilməz manevr
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri, ölkə siyasətinin duayenlərindən olan Dəniz Baykalı görüşə dəvət edib.
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu gün Ankarada keçiriləcək görüşdə ölkədə seçkilərdən sonra yaranmış durum və koalisiya hökumətinin formalaşdırılması məsələsi müzakirə olunacaq.
Qeyd edək ki D. Baykal yeni parlamentin ən yaşlı üzvü qismində Böyük Millət Məclisinin ilk toplantısını açacaq və sədr seçilənə qədər parlamenti idarə edəcək. CHP-nin TBMM sədri vəzifəsinə D. Baykalın namizədliyini irəli sürəcəyi gözlənilir.