XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2016 - 21:24

Azərbaycana müasir elektrovozlar gətirilir- FOTO

Fransanın "Alstom" şirkətinin hazırladığı elektrovozların Azərbaycana ilk tədarükü 2017-ci ildə başlayacaq. Bunu şirkətin kommunikasiyalar üzrə meneceri Zaure Rəhmətova deyib.

Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" QSC ilə layihəyə əsasən, "Alstom" Azərbaycana 50 elektrovoz tədarük edəcək.

Z.Rəhmətova qeyd edib ki, 50 lokomotivdən 40-ı yük, 10-u sərnişin lokomotivi olacaq.

"Azərbaycan Dəmir Yolları" QSC üçün 50 lokomotivin tədarükü üzrə müqavilə 2014-cü ildə, yekun saziş isə ötən ilin mayında imzalanıb(trend).