XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2016 - 11:34

Bakıda daha bir turnir keçiriləcək- İlk dəfə

Dünyanın məşhur “M-1 Challenge 67” yarışı Bakıda keçiriləcək.

Azərbaycan Qarışıq Döyüş Növləri (MMA) Federasiyasından verilən məlumata görə, “M-1 Challenge 67” iyunun 4-ü “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq. On beş ölkədən idmançıların iştirak edəcəyi turnirdə bir-birindən maraqlı 10 döyüşün keçiriləcəyi gözlənilir.

Mötəbər turnirdə Azərbaycanı üç idmançı təmsil edəcək. Bunlar dünya və Avropa çempionları Taleh Nəcəfzadə, Zaur Hacıbabayev və Etiqad Atakişiyevdir.

Qeyd edək ki, dünyanın 150 ölkəsində canlı yayımlanacaq turnir Azərbaycan paytaxtında ilk dəfə keçirilir(azərtac).