XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2016 - 11:47

Gömrükdə əməliyyat- Siqaret qaçaqmalçılığının qarşısı alındı

Dövlət Gömrük Komitəsinın Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaretlərin realizə edilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən bildirilib ki, Baş idarəyə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası vətəndaşına məxsus ticarət obyektində Rusiya Federasiyasından qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin realizə olunması barədə əməliyyat məlumatı daxil olub. Həmin obyektə Baş idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı Qazax rayon sakininə məxsus, üzərində hər hansı aksiz markası olmayan, eyni zamanda Rusiya, Gürcüstan, Ukrayna və Belarus dövlətlərinin aksiz markası ilə markalanan külli miqdarda xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.