XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2016 - 11:48

Mehdiabad Polis Bölməsinin rəisi vəzifəsinətəyinat oldu

 polis-1

Daxili İşlər orqanlarında daha bir təyinat olub.
 
APA-nın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Nəqliyyatda Baş Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi, polis polkovniki Məmməd İsmayılov tutduğu vəzifədən azad edilərək Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib. 
 
Qeyd edək ki, R. Usubov iki gün əvvəl daha 4 rayonun polis rəislərini dəyişdirib. Nazirin imzaladığı əmrlə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Zaqatala RPŞ-nin rəisi, Zaqatala RPŞ-nin rəisi Arif Babayev tutduğu vəzifədən azad edilərək Yardımlı RPŞ-nin rəisi, Yardımlı RPŞ-nin rəisi Nadir Məmmədov tutduğu vəzifədən azad edilərək Qəbələ RPŞ-nin rəisi, Qəbələ RPŞ-nin rəisi Etibar Abduyev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.