XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 11:31

Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq – Rəsmi

yol_1.png

Bakı şəhərində l Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar 2015-ci il 11 iyun tarixində 05:00-dan 14:00-dək, 13 iyunda saat 08:30-dan 18:30-dək və 14 iyun tarixində saat 08:30-dan 19:00-dək müddətlərdə Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt yaşayış məntəqələrini birləşdirən Bakı Dairəvi Yolunun Bilgəh qəsəbəsindən Nardaran qəsəbəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Strateq.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb

Qeyd olunan müddətlər ərzində şəhər mərkəzi və Mərdəkan qəsəbəsi istiqamətdə hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.

Strateq.az