XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 11:47

Prezident Administrasiyası ilə nazirliyin birgə mətbuat konfransı – Vaxt bəlli oldu
Prezidenti Administrasiyası ilə Gənclər və İdman Nazirliyinin iyunun 11-də saat 12:00-da “Four Seasons” otelinin “Segah” zalına təyin olunmuş birgə mətbuat konfransının vaxtı dəyişdirilib.
Mətbuat konfransı iyunun 11-də saat 16:00-da “Four Seasons” otelinin “Segah” zalında keçiriləcək.
Tədbirin vaxtının dəyişdirilməsi həmin gün eyni vaxtda l Avropa Oyunları Əməliyyat Komitəsinin Azərbaycana gəlmiş xarici jurnalistlər üçün mətbuat konfransı təyin etməsi ilə əlaqədardır.
Qeyd edək ki, Prezidenti Administrasiyası və Gənclər və İdman Nazirliyinin mətbuat konfransı yerli və l Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən təşkil olunur.
Mətbuat konfransında Azərbaycanın daxili və xarici siyasəti, ictimai-siyasi həyatı, habelə l Avropa Oyunlarına hazırlıq mərhələsi, idman yarışlarının təşkili və digər məsələlərlə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılacaq.
APA