XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2016 - 08:16

Neftin qiyməti yenə artdı –"Brent" 49.20 dollar oldu

neft-qiymet-1

Neftin dünya qiymətləri bazar ertəsi fəal şəkildə artmaqda davam edib.

"Report" xəbər verir ki, Nyu-York və Londonun əmtəə birjalarında keçirilən elektron hərraclar zamanı WTI markalı neftin qiyməti 2015-ci ilin 4 noyabr tarixindən bu yana ilk dəfə 1 barelə görə 48 dollar göstəricisini ötüb.

Yerli vaxtla saat 55:40-ə olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qarışığının iyul fyuçerslərinin qiyməti 0,2% artaraq bir barel üçün 49,20 dollar təşkil edib.

WTI markalı neftin iyun fyuçerslərinin qiyməti 0,9% artaraq bir barelə görə 48,15 dollara bərabər olub.