XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

17 May 2016 - 18:02

Roma Papası Azərbaycana gələcək –Səfərin tarixi

Roma Papasi

Vatikanın Cənubi Qafqaz üzrə elçisi, nunsi Marek Solçinskinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-17-də Bakıda səfərdə olub. 

Bu barədə Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete bildirib.

Onun sözlərinə görə, Vatikan nümayəndə heyəti Bakıda Roma Papasının bu ilin oktyabrında Azərbaycana planlaşdırılan səfərin proqramını və gündəliyini müzakirə edib: "Səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib. Belə görüşlərdən biri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadə ilə baş tutub. Görüşlərdə Roma Papasının Azərbaycana səfəri ilə bağlı məsələlər müzakirə edilib". 

Görüşlərdə səfərin tarixi müəyyənləşdirilib. Səfər oktyabrın 2-də baş tutacaq. 

Report.az