XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 21:40

Avropa Məhkəməsi Laçından olan köçkünlərin Ermənistana qarşı iddiasına baxacaq

avropa mehkeme.jpg

Gələn həftə-iyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan və Ermənistanla bağlı 2 məsələ barədə dinləmələr keçiriləcək.

Strateq.az bildirir ki, şikayətlərdən biri Azərbaycan qaçqınlarındandır. “çıraqovun işi” kimi tanınan bu şikayətdə Laçından olan azərbaycanlı qaçqınlar 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində qaçqın düşdüklərini, nəticədə öz mülkiyyətləri və ev-eşiklərinə dönə bilmədiklərini deyirlər.

Digər şikayət isə erməni qaçqınlardandır.

Onlar 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycanın keçmiş Şamuyan, indiki Goranboy rayonundan qaçqın düşdüklərini, bugünədək öz mülkiyyətləri və evlərindən məhrum olduqlarını, yaxınlarının qəbirlərinə baş çəkə bilmədiklərini deyirlər.