XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 22:29

Amerikalı həmsədr: “Ermənilərin Bakıya gəlməsinə çox şadıq”

uorlik.jpg

Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan atletlərini və Ermənistan hökumətini “Avropa Oyunlarında iştirak etmək qərarı qəbul etdiklərinə görə” alqışlayıb.

Strateq.az bildirir ki, Uorlik BBC-yə müsahibəsində belə deyib: “Bütün Ermənistan idmançılarına müvəffəqiyyət arzulayıram. ümid edək ki, onlar medallarla qayıdarlar”.

“Biz Ermənistan idmançılarının Bakıda yarışlarda iştirak etməsinə çox şadıq. Bu, insanlar arasında xoş münasibətlər yaratmaq yolunda mühüm addımdır və ümid edirik ki, gələcəkdə tək idmançılar deyil, başqalarının da gediş-gəlişinə xidmət edər”, – BBC Azərbaycancanın Yerevan müxbirinə cənab Uorlik deyib.