XƏBƏR LENTİ

08 Mart 2021
07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

17 May 2016 - 20:33

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissədə- FOTOLAR

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün mayın 17-də Silahlı Qüvvələrin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində qonaqlara hərbi hissə barədə brifinq təqdim edilib, onların sualları cavablandırılıb.

On beş dövləti təmsil edən hərbi attaşelik aparatının 20-dən çox nümayəndəsi əsgər yeməkxanası, yataqxana binaları, məşğələ otaqları, təlim nöqtələri və digər obyektlərlə tanış olublar. Həmçinin qonaqlar hərbi hissənin yaranma günü ilə bağlı keçirilən tədbirdə də iştirak ediblər.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.