XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 May 2016 - 01:18

Viktoriya Nuland Moskvaya gəldi –Ukraynadakı vəziyyət müzakirə olunacaq

nuland-1

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bu gün Moskvaya səfər edib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, səfərin rəsmi hissəsi mayın 18-də başlayacaq.   

“Viktoriya Nuland artıq Rusiya paytaxtındadır. Bütün görüşlər sabaha planlaşdırılıb”, – deyə ABŞ-ın Moskvadakı səfirliyindən bildirilib.  

Dövlət Departamentinin bundan əvvəl yaydığı məlumata görə, 14-16 may tarixlərində Kiyevə  səfər etmiş Viktoriya Nuland Rusiya hökumətinin nümayəndələri ilə görüşlərdə Minsk razılaşmalarının icrasına dair növbəti addımları müzakirə etmək niyyətindədir.

Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov, öz növbəsində, görüşlərdə Rusiya-ABŞ münasibətlərinin və Ukraynadakı vəziyyətin müzakirə ediləcəyini bildirib: “Rusiya XİN-də Viktoriya Nuland XİN rəhbərinin müavini Qriqori Karasinlə və mənimlə görüşəcək”.  

Bundan başqa Viktoriya Nulandın bir neçə rəsmi görüşləri nəzərdə tutulub.