XƏBƏR LENTİ

09 Mart 2021
08 Mart 2021

Digər Xəbərlər

18 May 2016 - 13:17

Daha bir şəhid əsgərimiz torpağa tapşırıldı…

sehid-1

Mayın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəsin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Natiq Namiq oğlu Tahirli bu gün Lerik rayonunda dəfn edilib.

Şəhid əsgərimiz rayonun Almu kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Lerik rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinin əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

Mərasimində çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin üzvü İqbal Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi – qazi Hacı Sədi Axundzadə və digərləri şəhid Natiq Tahirlinin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu, adının həmişə ürəklərdə yaşayacağını bildirərək, ailəsinə dərin hüznlə başsağlığı veriblər.

Sonra şəhidin əmisi Kamil Tahirov çıxış edərək, qardaşı oğlunun torpaqlarımızın müdafiəsi zamanı şəhid olmasından ailə üzvlərinin qürur duyduğunu bildirib.

Şəhid N. Tahirli yaylım atəşi altında son mənzilə yola salınıb. 

APA