XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 06:31

Avropa Ittifaqının Bakı ofisi qarşısında etiraz aksiyası: “Azərbaycandan əl çək!”

AI aksiyasa.jpg

Bu gün bir qrup gənc, QHT nümayəndələri Avropa İttifaqının (Aİ) Bakıdakı ofisi qarşısında etiraz aksiyası keçiriblər.

APA-nın xəbərinə görə, aksiya iştirakçıları Aİ-nin Azərbaycana qarşı mövqeyinin qərəzli olduğunu vurğulayıb, aparılan siyasətə etiraz ediblər. Bu qurumu ikili standartlardan əl çəkməyə çağırıblar.

Aksiya iştirakçıları əllərində “Avropa İttifaqına ar olsun!”, “Azərbaycandan əl çəkin!”, “Vətəndaş cəmiyyəti ikili standartlara “yox” deyir!”, “İdmanı siyasiləşdirməyin!”, “üzdə dost, arxada düşmən olmayın!” və başqa şüarlar yazılan plakatlar qaldırıblar.

İştirakçılar Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə etiraz ediblər. Onlar Aİ-ni Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən pozulan hüquqlarını tanımağa, pozulan haqlarını müdafiə etməyə çağırıblar.

Daha sonra aksiyanın qətnaməsi oxunub. Qətnamə Aİ nümayəndəliyinə təqdim edilib.

Polisin müdaxiləsi ilə aksiyanın qarşısı alınıb.