Bakıda təşkil olunan “UEFA U-17” Avropa çempionatının ilk finalçısı müəyyənləşib.
Mayın 18-də “Dalğa Arena”da Portuqaliya və Niderland yığmaları qarşılaşıb.
Slovakiyalı baş hakim Peter Kraloviç idarə etdiyi oyunun 25-ci dəqiqəsində Portuqaliya millisinin futbolçusu Jose Qomes hesabı açıb. Görüşün 58-ci dəqiqəsində Dioqo Dalot ikinci topu rəqib qapısından keçirib.
Matçın sonunadək hesab dəyişməyib. Beləliklə, rəqibini 2:0 hesabı ilə məğlub edən Portuqaliya millisi “UEFA U-17” Avropa çempionatının finalına vəsiqə qazanıb.
Digər yarımfinal oyununda isə Almaniya və İspaniya yığmaları qarşılaşacaq(azərtac).