XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

11 İyun 2015 - 09:10

Azərbaycanın birinci xanımı velosipedçiyə hədiyyə verdi – FOTO

Avropanın ən uzaq qərbində yerləşən paytaxt şəhər Lissabondan bu qitənin ən uzaq şərqində yerləşən paytaxt Bakıya 7 min km məsafəni qət edən Horhe Kristavao medala layiq görülüb.

Bu mükafat ona çərşənbə günü axşamı, Avropa Oyunlarının Açılış Mərasimi üçün biletlər şəklində təqdim edilib.

İdman aşıqi olan portuqaliyalı velosipedçi, Azərbaycanın birinci xanımı və Bakı Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfındən açılmış Bakı 2015 Avropa Qonaqpərvərlər Klubunda VİP qonaqların sırasında olub.

Klubun açılışında Mehriban Əliyeva və Horhe Kristavaoya Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki və Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq də qoşulub.

Şəhərin məşhur Dənizkənarı Bulvarının yaxınlığında yerləşən klub birinci Avropa Oyunları ərzində VİP qonaqlara, ali qonaqlara və sponsorlara ev sahibliyi xidməti göstərəcək.

Oyunlar barədə məlumatın yayılması kimi böyük məsuliyyəti boynuna götürmüş 53 yaşlı Kristavaoya Açılış Mərasiminə iki bilet təqdim edilib.

Aprelin 10-da Lissabondan yola düşən Kristavao İspaniya, Fransa, Monako, İtaliya, Yunanıstan, Türkiyə, Gürcüstan və Azərbaycan marşrutu üzrə hərəkət edib.

Bütün yol boyu Portuqaliya Olimpiya Komitəsi missiyasının rəhbəri Xose Qarsiya tərəfindən təqdim edilmiş Portuqaliya bayrağını da daşıyıb. Bu bayraq Açılış Mərasimində daşınması üçün Portuqaliya nümayəndə heyətinin bayraqdarına təqdim ediləcək.