XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

19 May 2016 - 09:40

Cəbhədə son durum –Müdafiə Nazirliyi xəbər yaydı

esger

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.

Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.