XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 May 2016 - 10:19

Qəzaya uğramış Azərbaycan təyyarəsində sağ qalan iki nəfərUkrayna vətəndaşı çıxdı

Teyyare

Azərbaycanın “Silkway” aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində sağ qalanlar Ukrayna vətəndaşlarıdır.

APA-nın “mk.ru” saytına istinadən verdiyi xəbərə görə, onlardan ikisinin də vəziyəti ağırdır.

Qeyd edək ki, mayın 18-də “Silkway” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.

Komissiya üzvlərinin bu gün hadisə yerinə gedəcəyi gözlənilir.